Bakıda iyrənc olay: 18 yaşlı qız atalığı tərəfindən zorlandı
22-10-2015, 22:32
Bakıda 18 yaşlı qız atalığı tərəfindən zorlanıb. Bu haqda zərərçəkmiş qızın özü polisə məlumat verib. Hadisə Xətai rayonu ərazisində baş verib. Rayonun S.Əhmədov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Nahidə Quliyeva (ad şərtidir) polisə müraciət edərək, eyni evdə yaşadığı atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib. O, bildirib ki, onunla eyni evdə yaşayan atalığı 1967-ci il təvəllüdlü Yalçın Quliyev (ad şərtidir) ona qarşı zorakılıqla əxlaqsız hərəkətlər edib. Şikayətlə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.