Dünən gecə Yasamal rayonunda keçirilən əməliyyat zamanı xüsusi xidmət orqanlarının əməkdaşları radikal islamçılarla əlaqəsi olduğu ehtimal olunan 42 nəfəri saxlayıblar.
Virtualaz.org-a bu barədə Yasamal Rayon Polis İdarəsindən məlumat veriblər.
Məlumata görə, əməliyyat M.Seyidov küçəsi 13 ünvanında yerləşən və Fərzəliyev soyadlı şəxsə məxsus “Fərqli lahmacun” kafe-çay evində keçirilib. Həmin vaxtda orada çoxlu insanın, o cümlədən həddi-buluğa çatmamış iki nəfərin iştirakı ilə dini xarakterli tədbir keçirilirmiş.
Saxlanılanlar Yasamal polisinə aparılıblar.
Əməliyyat zamanı hadisə yerindən çoxlu dini ədəbiyyat da götürülüb.