Eldar Mahmudovun bankı da batır

24-10-2015, 10:50           

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus "Texnika Bank" da batır.

İstiqlal.az- daxil olan məlumata görə, yaxın günlərdə bankın defolt elan ediləcəyi gözlənilir. Məlumatda ki, hazırda bankın mərkəzi ofisində və filiallarında işçilərin əhəmiyyətli hissəsi məcburi məzuniyyətə göndərilib.

Məlumatda bildirilir ki, müştərilərin hesablarına köçürülən pullar da yoxa çıxıb. İddialara görə, bankın müştərilərə 4 milyon manat borcu var.

Qeyd edək ki, Texnika Bankın rəhbəri Etibar Əliyev həbs olunandan sonra banka Eldar Mahmudov sahiblənmişdi. Bəzi məlumatlara görə, MTN Texniki Bankla bağlı keçirdiyi əməliyyatın kökündə də elə bu dayanırmış. Eldar Mahmudov bankı ələ keçirəndən sonra idarəetməni qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə tapşırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.