Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qəzanı törədən polis əməkdaşı olub. Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün polis serjantı, 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi "Mercedes E-200" markalı, 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.
Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb (musavat.com)