Gənc qız bulvarda özünü öldürdü - YENİLƏNDİ 27-10-2015, 00:21 Saat 21 radələrində Dənizkənarı Milli Parkda intihar hadisəsi baş verib.Musavat.com-un verdiyi xəbərə görə, hələlik şəxsiyyəti məlum olmayan gənc qız özünü dənizə atıb. Onu xilas etmək mümkün olmayıb və nəticədə qız ölüb.Gənc qızın meyiti sudan çıxarılıb. Qızın intihar etməsinin səbəbi məlum deyil.* * * *Səbail Rayon Polis Idarəsi 39-cu Polis Bölməsindən musavat.com-a faktı təsdiqləyiblər. Qız intihar zamanı tək olub.Polis intihar edən qızın şəxsiyyətini müəyyənləşdirib. İntihar edən Beyləqan rayon sakini, 18 yaşlı Məmmədova Həmidə Ramiz qızıdır. Facebook-da paylaş