Köhnə MTN - çilər geri qaytarılırlar - Yeni təyinatlar
27-10-2015, 22:09
Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən işdən azad olunmuş peşəkar çekistlər yenidən MTN-ə qaytarılır.
Bu haqda ölkə saytlarının yaydığı məlumatda deyilir ki, keçmiş çekist, polkovnik İsmayıl Bağırov Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin bu gün imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.
General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirliyin aparat rəhbəri təyin olunub.
Mədət Quliyevin əmri ilə daha bir peşəkar çekist - Ceyhun Şadlinski MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Keçmiş polis işçiləri - MTN-in İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev və MTN əməkdaşı Elşad Mahmudov isə tutduqları vəzifədən azad olunublar.