MTN-nin Xudat bölməsinin rəisi də işdən atıldı
28-10-2015, 13:01
MTN-nin daha bir əməkdaşı işdən azad edildi. ANS PRESS-in məlumatına görə, nazirliyin Xaçmaz şöbəsinin Xudat bölməsinin rəisi Rəşad Qasımov sərəncama göndərilib. O, ötən gün nazirliyə gedib.
Faktı Xaçmaz icra başçısının Xudat şəhər nümayəndəsi Akif Mərdanov da təsdiqləyib.
Onun MTN-də çalışan generallardan birinin qohumu olduğu deyilir.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli generalı, MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabovun oktyabrın 19-da həbs xəbəri yayılıb.
Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Baş Prokurorluq məlumat yayıb. Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ANS PRESS xatırladır ki, oktyabrın 19-da Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilməsi barədə bəzi KİV-lərdə məlumatlar yer alıb.
Həmin məlumatlara görə, həbs edilənlər barəsində artıq 3 aylıq həbs qətimkan tədbiri seçilib.
MTN-dən həbs xəbərlərinə sərt reaksiya verib.