Qarabağ əlili, prezident təqaüdçüsü şikayət edir- Arxivlər idarəsindəki xaosdan
28-10-2015, 23:24
teref.aznun poçtuna Qarabağ əlili Arxivlər idarəsində qarşılaşdığı haqsızlıqlarla bağlı şikayət məktubu göndərib. Onuda qeyd etmək istəyirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsində olan belə hallarla bağlı həddən artıq çox şikayətlərlə rastlaşırıq. Hörmətli nazirimiz general Zakir Həsənov bu idarə ilə maraqlansa yaxşı olar!
Şirvan şəhərindəN Qarabağ Müharibə veteranı, 2-ci qrup Qarabağ müharibə əlili Qurbanov Adıböyük Mətləb oğlu tərəfindən.
Bildirmək istəyirəm ki, 1989-1992-ci illərdə SSR Silahlı Qüvvələrdə xidmət etmişəm, noyabr 1992-ci ildən 11 fevral 1994-cü ilədək 704 saylı hərbi hissədə, 11 fevral 1994-cü ildən 23 aprel 1994-cü ildək 701 hərbi hissədə xidmət etmişəm, 1994-cü ildə Fizuli rayonu ərazisində ağır yaralanmışam, yaralandıqdan sonra təxris olunmuşam. 2-ci qrup hərbi əliləm. Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsindən xidmətim haqqında arayış verilməsi barədə 17.09.2015-ci il tarixdə müraciət etmişdim, lakin mən Azərbaycan Respublikası ərazi bütpvlüyü uğrunda yaralanmağıma, hal-hazırda Prezdent təqüdçüsü olmağıma baxmayara, Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsindən mənə bildirirlər ki, Sizin xidmət haqqında məlumat yoxdur, bu böyük bir ədalətsizlikdir, necə ola bilər Ali Baş Komandanımız (Prezident təqüdü verilməsi ilə), Respublika TSEK və Müdafiə Nazirliyinin Hərbi həkim komissiyası bunu təsdiqləyir, lakin Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsin bu halları inkar edir, məni məcbur edir ki, incidilim və məhkəməyə müraciət edim. Bu ədalətsizliyə son qoyun məni incitməyin.
Sizdən xahiş edirəm ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsindən xidmətim haqqında arxiv arayışın verilməsinə ciddi göstəriş verəsiniz.
teref.az