Eldar Mahmudovun ailəsi Danimarkaya sığındı
29-10-2015, 11:48
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvləri Azərbaycanı tərk edib. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda bildirilir ki, Eldar Mahmudovun ailə üzvləri, həmçinin qayınatası keçmiş nazir işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan çıxıb.
Məlumat üçün deyək ki, prezident İlham Əliyev Eldar Mahmudovu oktyabrın 17-də tutduğu vəzifədən azad edib. Bununla paralel olaraq Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat keçirib. Rəsmi məlumatlara görə, qurumun 7 əməkdaşı həbs olunub.
Eldar Mahmudovun ailə üzvlərinin və qayınatasının hansı ölkəyə getməsinə gəlincə, bildirilir ki, onlar Danimarkadadır.
Məlumatlı mənbənin sözlərinə görə, onların ölkəni tərk etməsi "MTN işi" ilə bağlıdır. Qaynağımız deyir ki, Eldar Mahmudov işdən çıxarılacağını bilirmiş. Hətta onun MTN-lə bağlı baş verənlərdən bir müddət əvvəl istefa ərizəsi yazdığı iddia olunur. Lakin prezident onun ərizəsini qəbul etməyib. Bundan sonra Eldar Mahmudov ailə üzvlərini ölkədən çıxarıb.