Maskalı şəxslər mühafizə xidmətinin maşınına hücum etdi - BAKIDA
29-10-2015, 12:30
Bu gün səhər saatlarında Babək prospekti “Murad” şadlıq sarayı qarşısında öz xidməti maşınlarını saxlayan “Riyad” mühafizə xidmətinin növbətçi hissəsinin əməkdaşları geri dönərkən qəribə hadisə ilə qarşılaşıblar. Cebhe.info xəbər verir ki, mühafizə xidmətinin əməkdaşları xidməti ərazini tərk etdikdən sonra naməlum şəxslər tərəfindən maşınının təkərləri partladılıb. Hadisə yerinə toplaşan sakinlərin verdiyi məlumata görə, maşının təkərini partladanlar gənclər olub və tanınmamaq üçün üzlərinə maska taxıblar. Onların şəxsiyyəti hələlik müəyyən edilməyib. Sözügedən ərazidə müşahidə kameralarının olmaması hadisəni törədənin kimliyini müəyyən etməyə maneçilik törədib. Təkərləri partladılan maşının üzərindən dövlət nömrə nişanı çıxarılıb. Lakin nömrənin kimlər tərəfindən sökülməsini dəqiqləşdirmək mümkün olmayıb. İlkin ehtimallara görə maşının nömrəsi də həmin kimliyi məlum olmayan şəxslər tərəfindən sökülüb. - See more at: http://cebhe.info/oxu/4111/#sthash.NRAYFv9m.dpuf