“Hyundai” ailəsinin üzvü saxlanılıb- Narkotik vasitə qəbul etdiyinə görə
22-04-2019, 00:10
Cənubi Koreya polisi ölkənin ən iri korporasiyalarından olan “Hyundai”ın təsisçisi Çunq Cu-yunqun 28 yaşlı nəvəsini narkotik vasitə qəbul etdiyinə görə saxlayıb.
Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, İnçon aeroportunda saxlanılan gənc “Hyundai”ın təsisçisinin 7-ci oğlu və “Hyundai M Parnetrs Co.” şirkətinin idarə heyətinin sədri Çun Monq-ilin böyük oğludur.
Bildirilir ki, o, ötən il 3 dəfə qeyri-qanuni yolla əldə edilmiş maye formada marixuana qəbul etdiyinə və ölkənin digər iri şirkətlərindən olan “SK Group”un təsisçisinin nəvəsi ilə birgə marixuana çəkdiyinə görə saxlanılıb. Digər gənc fevral ayında saxlanılıb.