Qadın 9 yaş kiçik sevgilisi tərəfindən al qana boyandı - BAKIDA FACİƏ
26-04-2019, 11:04
Bakıda kişi sevgilisini bıçaqlayıb.
Lent.az-ın məlumatına görə, hadisə ötən gün Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1978-ci il təvəllüdlü Firəngiz Abdullayeva onunla eyni evə qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb.
Qadın xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.