Baş prokurorluq Azərbaycan adından soydaşımıza sahibləndi - Qaralov rusiyalı həmkarına müraciət etdi

5-11-2015, 18:13           
Baş prokurorluq Azərbaycan adından soydaşımıza sahibləndi - Qaralov rusiyalı həmkarına müraciət etdi
Azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunsuzluqlar qəti şəkildə pislənmişdir. Bu barədə DİA.AZ-a baş prokurorluqdan daxil olan informasiyada deyilir.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət etmişdir.

Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunmuşdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.