Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi

25-11-2015, 20:14           
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
İşlənməsinə 4 ilin sərf edildiyi Li-Fi adlı texnologiya 100 dəfə sürətli olduğu Wi-Fi-ın alternativi ola bilər.

Moderator.az “Qazeta”ya istinadən xəbər verir ki, Li-Fi nanosaniyə ərzində bərq vuran və bu səbəbdən də insan gözü üçün görünməz olan LED-işıqdiodlarının yardımı ilə informasiyanı ötürür.

2011-ci ildə alimlər 224 Gb/s sürətə nail olublar. Amma ev şəraitində iri qurğular olmadan Li-Fi 1Gb/s ötürə bilir.

Bununla yanaşı, Wi-Fi siqnallarından fərqli olaraq Li-Fi informasiyanı divarlardan keçərək ötürə bilmir. Amma bu, şəbəkəni potensial sındırmadan qoruyur.

LED-işıqdiodlarının istifadəsi sayəsində Li-Fi eyni anda iki funksiyanı yerinə yetirə bilir: otağı işıqlandırır və elektron qurğuların “ünsiyyətini” təmin edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.