“Facebook” yeni startap aldı - fikrin gücü ilə kompüter idarə ediləcək

25-09-2019, 09:31           
“Facebook” yeni startap aldı - fikrin gücü ilə kompüter idarə ediləcək
“Facebook” şirkəti beyindən göndərilən impulsların köməyi ilə kompüterləri idarə etməyə imkan verən proqram təminatının hazırlanması ilə məşğul olan “CTRL-Labs” startapını satın alıb.

Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, şirkətin hazırlamalarından biri beyin siqnallarını oxuyan qolbaqdır. Məsələn, belə qolbaq sahibləri klaviaturadan istifadə etmədən kompüterdə mətn çap edə biləcəklər.

Məlumata görə, bu texnologiya gələcəkdə smartfonlara tətbiq edilə və virtual reallıq eynəyi ilə birgə istifadə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru