Hakimiyyət mitinqə icazə verdi – BU ÜNVANDA

26-09-2019, 18:22           
Hakimiyyət mitinqə icazə verdi – BU ÜNVANDA
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sentyabrın 28-də mitinq keçirilməsi ilə bağlı Milli Şuranın müraciətini cavablandırıb.

Teref.az xəbər verir ki, BŞİH-nin cavab məktubunda Milli Şuraya Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə etiraz edilmədiyi bildirilib.

Milli Şura təmsilçilərinin ilkin reaksiyalarından isə bəlli olur ki, qurum BŞİH-nin təklif etdiyi məkanda kütləvi aksiya keçirmək niyyətində deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.