Ermənistanda məhkum qadınlar həbsxanadan qaçmağa cəhd göstərib

27-09-2019, 02:13           
Ermənistanda məhkum qadınlar həbsxanadan qaçmağa cəhd göstərib
Ermənistanda məhkum qadınlar həbsxanadan qaçmağa cəhd göstərib.

"Report" xəbər verir ki, bu barədə "Shamshyan.com" bildirib.

Bildirilir ki, 20 yaşlı C.Luiza və 29 yaşlı X.Mareta həbsxanadan qaçış məqsədi ilə sözləşiblər. Onlar həbsxananın divarında 24 santimetr eni, 58 santimetr uzunluğu və 4 santimetr dərinliyi olan deşik açıblar.

Onlar maskalanma üçün xəmir və diş məcunundan istifadə ediblər. Qeyd edilir ki, məhbuslar cinayəti reallaşdıra bilməyiblər. Çünki həbsxananın əməkdaşları məhkumları görüblər.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru