Meksikada narkokartel üzvləri hərbçiləri pusquya salıblar, 5 nəfər həlak olub

27-09-2019, 05:15           
Meksikada narkokartel üzvləri hərbçiləri pusquya salıblar, 5 nəfər həlak olub
Meksikanın Herrero ştatında bir qrup hərbçi narkokartelin pusqusuna düşüb.

"Report" xəbər verir ki, bu barədə "Milenio" nəşri bildirib.

Qeyd edilir ki, atışma zamanı 3 hərbi qulluqçu və daha 2 mülki şəxs həlak olub.

"Milli Müdafiə Nazirliyinin məlumatına görə, dörd nəfər - iki əsgər və iki mülki şəxs toqquşmanın baş verdiyi yerdə öldürülüblər, daha bir əsgər Çilpansinqo xəstəxanasında həlak olub", - deyə xəbərdə bildirilir.

Nəşrin məlumatına görə, silahlı qrupun hücumu ordu patrulunun narkotik bitkilərin məhv edilməsi əməliyyatı zamanı baş verib. Əsgərlər cavab atəşi ilə 2 silahlını öldürüblər. Habelə bir neçə şəxs hərbçilər tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru