Ağsuda dəhşətli qəza: Ölən və yaralananlar var

28-09-2019, 00:14           
Ağsuda dəhşətli qəza: Ölən və yaralananlar var
Ağsu rayonunda ağır yol qəzası baş verib.
"Yeni Sabah" "Trend"ə istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun 14-cü kilometrliyində baş verib. Ağsudan Kürdəmir istiqamətində hərəkətdə olan 1962-ci il təvəllüdlü Mayılov Vaqif Dövlət oğlu idarə etdiyi 10 GP 275 dövlət nömrə nişanlı "VAZ 21074" markalı avtomobillə əks istiqamətdən gələn 1995-ci il təvəllüdlü Hacalıyev Vahid Hacalı oğlunun idarə etdiyi 31 BE 962 dövlət nömrə nişanlı "VAZ 21074" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Mayılov və sərnişinləri, 1986-cı il təvəllüdlü Qüdrətli Şahin Nəsrəddin oğlu, 1961-ci il təvəllüdlü Əmirova Şəla Osman qızı, digər sürücü Vahid Hacalıyev və sərnişini, 1967-ci il təvəllüdlü Səfərova Zeynəb Musa qızı ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. V.Hacalıyev xəstəxanada dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru