Şəki şəhərində ümumi sahəsi 1000 m2 olan, bir dam altında tikilən obyektlərdən sahəsi 60 m2 olan çörəkbişirmə sexində yanğınla nəticələnən partlayış baş verib. Teref.az FHN-ə istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən sexin pəncərə şüşələri dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.