Qadın küçədə ürəyindən bıçaqlanaraq qətlə yetirildi - Bakıda

29-11-2019, 08:32           
Qadın küçədə ürəyindən bıçaqlanaraq qətlə yetirildi - Bakıda
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, təxminən 35-40 yaşlarında olan qadın Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında bıçaqlanıb.

Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub. Zərbələrdən biri onun ürək nahiyəsinə tuş gəlib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisənin təfərrüatlarını Binəqədi polisi və prokurorluğun istintaqçıları araşdırır. Hadisənin motivi hələlik məlum deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.