Yeni Ombudsman kimdir? - DOSYE

29-11-2019, 16:34           
Yeni Ombudsman kimdir? - DOSYE
Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Azvision.az xəbər verir ki, Səbinə Əliyeva 1980-ci ildə anadan olub. O, 3-cü dərəcəli dövlət müşaviridir.

İxtisasca hüquqşunas olan S,Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, S.Əliyeva Yeni Azərbaycan Partiyasını (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.