Rusiyada baş verən qəzada üç nəfər ölüb

30-11-2019, 06:05           
Rusiyada baş verən qəzada üç nəfər ölüb
Rusiyada iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, üç nəfər xəsarət alıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Krasnoyarsk diyarının ərazisində baş verib.

Belə ki, Uyar bölgəsində 1981-ci il təvəllüdlü “Honda” markalı avtomobilin sürücüsü yanacaqdoldurma məntəqəsindən çıxan zaman “Nissan” markalı avtomobilə yol verməyib və nəticədə nəqliyyat vasitələri toqquşub.

Qəzada “Honda” markalı avtomobilin sürücüsü və onun iki sərnişini hadisə yerində ölüb. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.