Haaqada bıçaqlı hücum nəticəsində üç nəfər xəsarət alıb

30-11-2019, 04:38           
Haaqada bıçaqlı hücum nəticəsində üç nəfər xəsarət alıb
Hollandiyanın Haqqa şəhərinin ən böyük ticarət küçəsində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. Hadisə nəticəsində üç nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu haqda şəhər polisi özünün “Twitter” səhifəsində məlumat yayıb.

Hadisənin baş verdiyi “Grote Marktstraat” küçəsinə polis və təcili tibbi yardım maşını gəlib.

İnsanlara hücum edən şəxs hadisə yerindən qaçıb, onun axtarışına başlanılıb.

Qeyd edək ki, “Grote Marktstraat” küçəsi Haaqanın ticarət mərkəzlərinin yerləşdiyi ən böyük küçələrindən biridir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.