Azərbaycanda dəhşətli hadisə - 15 gün əvvəl toyu olan gəlinin meyiti tapıldı

1-12-2019, 00:23           
Azərbaycanda dəhşətli hadisə - 15 gün əvvəl toyu olan gəlinin meyiti tapıldı
Kürdəmir şəhərində 23 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Publika.az xəbər verir ki, dünən axşam saatlarında Kürdəmir şəhəri Füzuli küçəsi 24 ünvanından yaşayan 1996-cı il təvəllüdlü Mənsumə Osmanova yaşadığı evin hamamında dəm qazından boğulub.

Bildirilir ki, 15 gün əvvəl M.Osmanova həmin evə gəlin köçüb. Axşam saatlarında M.Osmanovanın hamadan çıxmadığını görən həyat yoldaşı narahat olub və onlar qapını sndırıb açanda artıq gənc qadının boğularaq vəfat etdiyi məlum olub.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.