Hərbçilər bundan sonra ölkəni ancaq müvafiq icazədən sonra tərk edə biləcək - Dəyişiklik

28-04-2015, 12:51           
Hərbçilər bundan sonra ölkəni ancaq müvafiq icazədən sonra tərk edə biləcək - Dəyişiklik
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişikliyə əsasən hərbçilər bundan sonra ölkəni ancaq müvafiq icazədən sonra tərk edə biləcəklər.

Moderator.az xəbər verir ki, bu məsələ palamentin bu gün keçrilən plenar iclasında müzakirə olunacaq. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən” Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.