Ermənistana yeni müdafiə naziri təyin olunub - Əvvəllər Rusiyada səfir işləyib...
18-01-2021, 09:59
Ermənistanın Rusiyadakı keçmiş səfiri Suren Saakyan ölkənin müdafiə naziri təyin edilib.
Modern.az xəbər verir ki, təyinatla bağlı sərəncamı Ermənistanın baş naziri N. Paşinyan imzalayıb. Saakyan 1999-2002-ci illərdə Ermənistanın Rusiyadakı səfiri vəzifəsini icra edib və 2002-ci ildə Rusiyanın Dostluq Ordeni ilə təltif edilib.