BMT-nin sülhməramlıları Mərkəzi Afrika Respublikasında öldürülüb

19-01-2021, 03:17           
BMT-nin sülhməramlıları Mərkəzi Afrika Respublikasında öldürülüb
Mərkəzi Afrika Respublikasında (MAR) silahlıların hücumu nəticəsində BMT-nin iki sülhməramlısı öldürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə çoxprofilli kompleks missiyası bildirib.

"BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə çoxprofili kompleks missiyasının qabonlu və mərakeşli iki sülhməramlısı ölkənin cənubunda, Banqasudan (Mbomu prefekturası) 17 kilometr məsafədə onların kolonu silahlı qruplaşmaların koalisiyasının pusqusuna düşərkən öldürülüb", - xəbərdə deyilir.

Missiyanın rəhbəri Mankyor Ndiaye "Mərkəzi Afrika Respublikasında sülh uğrunda İttifaq" və "Antibalaka" silahlı qruplaşmalarının döyüşçüləri tərəfindən təşkil edilmiş hücumu pisləyib. O, qeyd edib ki, BMT-nin missiyası hücumu təşkil edənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün MAR hakimiyyəti ilə birgə işləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru