Prezidentdən Arzu Rəhimovla bağlı sərəncam

2-02-2021, 20:38           
Prezidentdən Arzu Rəhimovla bağlı sərəncam
Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova General-polkovnik ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Arzu Rəhimov bu vəzifəyə 2012-ci ilin fevralında təyin olunub. General-leytenant rütbəsini isə həmin ilin martında almışdı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.