Azərbaycanda ŞOK HADİSƏ: Arvad ərini öldürüb, həyətdəki QUYUDA BASDIRDI

27-02-2021, 12:49           
Azərbaycanda ŞOK HADİSƏ:
Azərbaycanda şok hadisə yaşanıb. Arvad ərini öldürüb, həyətdəki quyuda basdırıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Xəzər televiziyasının efirinə gedən sujetdə izləyicilərə məlumat verilib.

Belə ki, Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub. Rayon sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon polis şöbəsi və prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyatı nəticəsində məlum olub ki, Dursun Rəfiyev ilə arvadı Vüsalə Məmədova arasında münaqişə baş verib. Bu zaman sonuncu ərini qardaşı Vüsal ilə birgə daşla mərhumun baş nahiyəsindən vuraraq qətlə yetirib, cəsədini həyətdəki quyuda basdırıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru