Bu gün səhər saatlarında ucuzlaşan neftin qiyməti hazırda bahalaşaraq 67 dollara yaxınlaşıb.
Axar.az “Bloomberg”ə istinadən xəbər verir ki, birjalarda “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,60 dollar bahalaşaraq 2015-ci il ərzində ilk dəfə ən yüksək həddə - 66,95 dollara çatıb.
Dünya bazarında VTI (West Texas Intermediate) markalı neftin bir barreli isə 0,33 dollar bahalaşaraq 59,39 dollara satılıb.