Hökumət valyuta tənzimlənməsinə 320 milyon manat ayıracaq
3-03-2016, 14:02
2016-cı il yenilənmiş dövlət büdcəsindən valyuta məzənnəsinin tənzimlənməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb. APA xəbər verir ki, bu il valyuta məzənnəsinin tənzimlənməsinə 320 milyon manat ayrılacaq. Bundan başqa, bu il valyuta konvertasiyasına 4 mln. manat xərclənəcək. Qeyd edilən vəsait Maliyyə Nazirliyinə ayrılması nəzərdə tutulan 24 mln. 942,770 min manata daxildir.