Azərbaycanda ixtisaslaşdırılmış tibbi yardımın göstərilməməsi hallarına görə cəza tətbiq olunacaq.
teref.az xəbər verir ki, APA-nın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni maddənin əlavə olunması müzakirəyə çıxarılıb.
Yeni 215.3-cü maddəyə görə, ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada göstərilmədiyi hallarda 500 manat miqdarında cərimə tətbiq olunmalıdır.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.