94 yaşlı zaqatalalı müharibə veteranı Azərbaycan vətəndaşlığından çıxdı

4-03-2016, 12:53           
94 yaşlı zaqatalalı müharibə veteranı Azərbaycan vətəndaşlığından çıxdı
Azərbaycanda Böyük Vətən Müharibəsi veteranlarının sayı daha bir nəfər azalıb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, əslən Zaqatala rayonundan olan 94 yaşlı İbrahim Davudov uzun illər yaşadığı Azərbaycanı tərk edərək, Dağıstandakı qohumlarının yanına köçüb.

Müharibə veteranın sadələşdirilmiş rejimdə Rusiya vətəndaşlığı alması da qısa müddətdə təmin edilib.

“İbrahim Davudov Azərtbaycanın Zaqatala rayonundandır və milliyətcə avardı.

O, 20 yaşı olarkən Belarus cəbhəsində tank diviziyasında xidmət edib və 1944-cü ildə Smolenskdə, Belarusda vuruşub. Döyüşlərdə ağır yaralanmış, 3 qardaşını da itirmişdi”.

Müharibədən sonra Azərbaycanda yaşasa da, ağır sosial durum və aşağı təqaüd onu Dağıstana köçməyə vadar edib.

Dağıstandakı qohumlarlının rəsmi müraciətindən sonra federal orqanlar adətən 7 il çəkən vətəndaşlıq alma prosedurunu bir neçə aya başa çatdırıblar. 94 yaşlı veteran Rusiya pasportunu almağını “ləzginka” oynamaqla qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.