Ukraynanın Nikolayev, Zaporejye vilayətlərində və Krivoy Roq şəhərində partlayış olub

6-09-2022, 10:00           
Ukraynanın Nikolayev, Zaporejye vilayətlərində və Krivoy Roq şəhərində partlayış olub
Ukraynada döyüşlərin davam etdiyi Krivoy Roq şəhərində partlayış olub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kirovoy Roq şəhərinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib.

Onun sözlərinə görə, həmin vaxt hava hücumundan müdafiə sistemləri fəaliyyətdə olub.

Məlumata görə, səhər saatlarında həmçinin Nikolayev və Zaporejye vilayətlərində də partlayış olub. Hadisənin təfərrüatları və itkilər barədə hələ ki, məlumat yoxdur.

A.Vilkul əhalinin sığınacaqlarda qaldığını söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.