Binada lift qırıldı

6-09-2022, 19:30           
Binada lift qırıldı
Xətai rayonu Seyid Əzim Şirvani küçəsi 23/19 “Hidayət” MTK-aya məxsus çoxmərtəbəli binada lift qırılıb.

Bu barədə Teleqraf.com-a bina sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, hadisə baş verən zaman xoşbəxtlikdən liftdə heç kim olmayıb.

Mənzil sahibləri deyir ki, liftin deformasiyaya uğraması ilə bağlı dəfələrlə MTK-a rəhbəri Venera Rüstəmovaya müraciət ediblər: “8 ildir ki, hər gün liftin təcili dəyişməsi ilə bağlı MTK-ya müraciətlər etmişik. Cavabları belə olub, “dəyişdirmirəm, xoşunuz gəlmir satın, gedin”.

16 mərtəbəli, üç bloklu binada təxminən 1000 nəfər yaşayır. Hər blokda 240 mənzil var. Çoxu körpə uşaqlardır. Aidiyyəti qurumlardan xahiş edirik ki, körpə uşaqların həyatını xilas etsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru