Hacıqabulda şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb

7-09-2022, 10:20           
Hacıqabulda şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb
Teref.az yazır ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Bakı-Qazax avtomagistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlarında şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb.
Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 174 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin əynində ağ qısaqol köynək, göy rəngli cins şalvar və qara kəmər olub.
Şəkildə gördüyünüz səxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru