Britaniyalı lotereyada fantastik məbləğ uddu

8-09-2022, 08:34           
Britaniyalı lotereyada fantastik məbləğ uddu
Britaniya sakini lotereyadan 110 milyon funt-sterlinq (126,5 milyon dollar) udub.

Adı açıqlanmayan şəxs “EuroMillions” lotereyasının bütün yeddi nömrəsini düzgün təxmin etməyi bacarıb.

Qeyd edək ki, indiyədək Böyük Britaniyada 15 nəfər “EuroMillions”da 100 milyon funt-sterlinqdən çox pul qazanıb. Rekord uduş iyulun 20-də 195 milyon funt-sterlinq (o vaxtkı məzənnə ilə təxminən 234,5 milyon dollar) olub. İki ay əvvəl isə İngiltərənin cənub-qərbindəki Qlosterşir bölgəsindən olan cütlük 184,3 milyon funt sterlinq (227 milyon dollar) qazanıb.

Xatıraldaq ki, “EuroMillions” lotereyası Avropada 2004-cü ildən keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru