Ziya Məmmədovun oğlu barədə ziddiyyətli məlumatlar

9-06-2016, 21:13           

Anar Məmmədov hardadır?
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı ziddiyyətli məlumatlar yayılır. Bəzi məlumatlara görə, Anar Məmmədov Böyük Britaniyaya köçüb. Hətta onun bu ölkənin vətəndaşlığını aldığı barədə də iddialar var.
24saat.org Anar Məmmədovun yerini öyrənməyə cəhd edib. Bəzi məlumatlara görə, nazir oğlu Almaniyadadır. Onun bu ölkədə biznes imperiyası olduğu bildirilir. Lakin başqa məlumatlarda onun ABŞ-da olduğu iddia edilir.
Lakin maraqlıdır ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın Anar Məmmədovla ilişgiləri barədə beynəlxalq mediada yer alan materiallarda nazir oğlundan rəy almaq mümkün olmayıb. Kifayət qədər ciddi əlaqələrə malik “The Washinqton Post” qəzeti və “Assoisated Press” agentliyi Anar Məmmədovu tapa bilməyib.
Qeyd edək ki, Anar Məmmədov kənd təsərrüfatı naziri Heydər Əsədovun kürəkənidir. O, atası Ziya Məmmədov hədəfə gələndən sonra görünməz olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.