İstanbuldakı partlayışı "Kürdüstan qırğıları" törədib

10-06-2016, 14:42           
İstanbuldakı partlayışı "Kürdüstan qırğıları" törədib
İyunun 7-də İstanbulun Veznecilər məhəlləsində törədilən terror aktını törədən təşkilat məlum olub.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, partlayışa görə məsuliyyəti PKK terror təşkilatının şəhər qolu olan TAK ("Kürdüstan azadlıq qırğıları") üzərinə götürüb. Terror qrupu bu barədə özünün internet səhifəsində açıqlama yayıb.

Qeyd edək ki, Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib.

Hadisə nəticəsində 11 nəfər - 6 polis əməkdaşı, 5 mülki şəxs ölüb, 36 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.