SOCAR vitse-prezidentinin yaxta qarajı aşkarlandı-FOTOLAR

10-06-2016, 17:39           
SOCAR vitse-prezidentinin yaxta qarajı aşkarlandı-FOTOLAR
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovla bağlı mediada sensasion sayıla biləcək məlumatlar özünə yer alır. Onun Bakının kənd və qəsəbələrində yüz hektarlarla ərazini zəbt edərək qəsrlər, imarətlər ucaltmasından tutmuş, bizneslə məşğul olmasına qədər onlarla fakt özünə yer alıb.

AFN.az daxil olan növbəti xəbərdə isə SOCAR vitse-prezidentinin fantastik imkanlara sahib olmasını bir daha təsdiq edir. Adının çəkilməsini istəməyən mənbənin redaksiyamıza verdiyi məlumata görə, Mikayıl İsmayılovun Türkan qəsəbəsində Yaxta qarajı aşkarlanıb: "Qaraj SOCAR vəzifəlisinin dəniz kənarında zəbt etdiyi 250 hektarlıq ərazinin bir hissəsində inşa edilib. Yaxta qarajında M.İsmayılovun 10-a yaxın yaxtası var. Yaxtalar xarici ölkələrdən xüsusi sifatişlə hazırlanaraq vitse-prezident üçün gətirilib. Yaxtanın hər biri M.İsmayılova 15-16 milyon dollara gətirilib".
AFN.az-ı məlumatlandıran mənbə onu da bildirir ki, M. İsmayılovun yaxtalarından biri bu yazınlarda xarab olub: "Yaxtanı düzəltmək üçün İsraildən xüsusi mexaniklər dəvət edilib və yaxtanın nasazlığı aradan qaldırılıb. İki mexanikin İsraildən Bakıya, Türkan qəsəbəsinə gəlməsi üçün M. İsmayılov 70 min avro xərcləməli olub".
Mənbə M. İsmayılovun həmin yaxtasının və qarajının şəkillərini də bizə göndərib. Yaxta və qarajın fotolarını oxuculara təqdim edirik:

Xəbərlə bağlı qarşı tərəfin də mövqeyini verə bilərik.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.