“Report”un yerli bürosu məlumat verir ki, polis əməkdaşları Hacı Zeynalabdin qəsəbəsində 1990-cı il təvəllüdlü Emin Nadir oğlu Məmmədovun üzərindən bir ədəd istifadəyə yararlı “F-1” əl qumbarasının gövdəsi və bir ədəd əl qumbarasına məxsus “UZRQM” tipli partlayıcı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.