Ermənistanın Hrazdan rayonunun Ərzakan kəndində hərbçilərlə mülki şəxslər arasında insident olub.
Globalinfo.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı kənddə yaşayan 1993-cü il təvəllüdlü şəxsə orduya çağırış vərəqi vermək üçün gəliblər. Əməkdaşlar evin qapısını döyüb, həmin şəxsi çağırıblar. Lakin onun atası və qardaşı nazirlik əməkdaşlarının qarşısına çıxıblar. Onlar çağırış vərəqini gətirən hərbçiləri döyüb, yerdə sürüyüblər və dəfələrlə vurublar.
Məlumata görə, hadisədən sonra ata və oğul həbs ediliblər.