Bu gün Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Teref.az. “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərdə yerləşən parkdakı çinar ağaclarından birinin budağı qəfil sınıb. Nəticədə sınmış budaq 2000-ci il təvəllüdlü Seymur Məmmədovun üzərinə düşüb. 23 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.