Erməni tərəfi antiterror tədbirləri zamanı verdiyi itkiləri AÇIQLADI

31-10-2023, 10:51           
Erməni tərəfi antiterror tədbirləri zamanı verdiyi itkiləri AÇIQLADI
Ermənistan Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumata əsasən, Azərbaycan Ordusunun sentyabrın 19-20-dən Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində erməni tərəfi 200-dən çox itki verib.

Teref.az-ın Modern.az-a istinadən məlumatına görə, rəsmi İrəvan 231 hərbçi və 80 mülki şəxs olmaqla 300-dən çox erməninin yaralandığını bildirib.

İddia olunub ki, Qarabağdan Ermənistana gedən yolda 64 nəfər ölüb.

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün X mikrobloqunda yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.