Jurnalist Nərgiz Absalamova saxlanılıb. APA xəbər verir ki, “Abzas Media” saytının əməkdaşına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya Nərgiz Absalamovanın saxlanmasını təsdiqləyib, bildirib ki, araşdırma aparılır.