Bakıda kişi yaşadığı evin qarşısında bıçaqlanıb

3-12-2023, 10:26           
Bakıda kişi yaşadığı evin qarşısında bıçaqlanıb
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1990-cı il təvəllüdlü Nicat Akif oğlu Cəfərov yaşadığı evin qarşısında bıçaqlanıb.

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarı və kürək nahiyəsindən iki kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.