Dünən Las-Veqasdakı Nevada Universitetində atışma olub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb. Associated Press-in məlumatına görə, cinayətdə şübhəli bilinən, təhsil müəssisəsində iş axtaran keçmiş professor hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada öldürülüb. Polis nümayəndəsinin sözlərinə görə, şübhəli şəxs əvvəllər Karolina Universitetində işləyib. Adının çəkilməsini istəməyən mənbə bu məlumatı təsdiqləyib. Las-Veqasdakı Nevada Universitetində baş verən faciə 2017-ci ilin kütləvi atışmalarından yaddaşı hələ də təzə olan şəhər ictimaiyyətini bir daha sarsıdıb. Həmin vaxt 60 nəfər həlak olmuşdu.