Mobil telefonlarla bağlı XƏBƏRDARLIQ - Bunu etməsəniz...
12-12-2023, 11:05
Tətbiq yeniləmələri cihazların təhlükəsizliyi üçün mühüm rol oynayır. Tətbiqlər yeniləndikdə həssas məlumatlar daha yaxşı qorunur. Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. ETX-nin məlumatında qeyd olunub ki, sonuncu versiya yenilənmədikdə kiberdələduzlar tətbiqlərin cari versiyasındakı boşluqlardan yararlanaraq cihazı və fərdi məlumatları ələ keçirə bilərlər: “İstifadə olunmayan tətbiqləri silməyi tövsiyə edirik”.