Yaponiyanın ən yaşlı sakini Fusa Tatsumi 117 yaşında vəfat edib.
Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Tatsumi 1907-ci il aprelin 25-də anadan olub. O, 2022-ci ilin aprelindən bəri ən yaşlı yapon qadını hesab olunurdu. Ailəsinin dediyinə görə, o, normal həyat tərzi keçirib və uzunömürlülüyünün sirri düzgün və nizamlı qidalanma olub.
Los-Ancelesdəki Gerontologiya Tədqiqat Mərkəzinin məlumatına görə, planetdə yaşayan uzunömürlülər siyahısında Tatsumi ikinci yerdə olub. Birinci yeri yapon qadından ay yarım tez doğulan ispan Maria Branas Morera tutur. publika.az